AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi

Bakı.Trend:

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərbarəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanıtərəfindən verilən vəsatətə baxılıb.

Trend xəbərverir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaqorqanının təqdimatı təmin edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 3 ay müddətəhəbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həmin şəxslərin avqustun 13-də Bakı şəhərinəturist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosialşəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərindətəhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polisəməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraqistintaqa cəlb ediliblər.

Seçilən
0
50
az.trend.az

10Mənbələr