AZ

Bu cür əlaqələr xalqlar arasında yaxınlaşmanı da sürətləndirir Politoloq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Pakistan 44 günlük Vətən müharibəsində ilk gündən etibarən Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və bu dəstəyini müharibədən sonrakı dövrdə də davam etdirir. Zəngilan rayonunda yerləşən Beynəlxalq Hava Limanının açılışında Pakistanın baş naziri şəxsən iştirak edib”.Bunu politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki,  bu tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib:“Həmçinin həmin səfər zamanı mədəni tədbir konsert də təşkil olunub. Pakistanın bu səviyyədə fəallığı yalnız diplomatik jest deyil, həm də regional güc balansında əhəmiyyətli faktor rolunu oynayır. Pakistan nüvə silahına malik dövlətdir və güclü ordusu ilə tanınır. Onun Azərbaycanla hərbi əməkdaşlığı, xüsusilə də son dövrlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Pakistandan müasir qırıcı təyyarələr alması bu əməkdaşlığın dərinliyini göstərir. Bu addım Azərbaycanın hava məkanının təhlükəsizliyini təmin etmək baxımından da strateji əhəmiyyət daşıyır. Yüksək rütbəli Pakistan hərbiçilərinin vaxtaşırı Azərbaycana səfərləri və Azərbaycan hərbçilərinin Pakistanda keçdiyi təlimlər bu əməkdaşlığın sistemli və dayanıqlı olduğunu sübut edir. Bu cür əlaqələr təkcə hərbi sahədə deyil, xalqlar arasında yaxınlaşmanı da sürətləndirir. Azərbaycan–Pakistan münasibətləri regionda sabitliyin, güvənin və qarşılıqlı hörmətin mühüm nümunəsi kimi çıxış edir. Bu dostluq digər ölkələr üçün də nümunəvi model təşkil edir”.Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
11
demokrat.az

10Mənbələr