AZ

Paşinyan xalqa səsləndi: "Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar, birincisi..." (YENİLƏNİB)

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.

Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.

Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər: "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin hazırkı Prezidenti Donald Trampın Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynadığını bildirib.

Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.

Bu prosesdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolunu qiymətləndirməmək olmaz. Məhz buna görə də Azərbaycan Prezidenti ilə birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəldik”, - o bildirib(report).

"Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir".

Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır: “Bu, ilk növbədə həll edilməli olan məsələdir. Bu, bizim üçün yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox. Çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi təsbit olunub və bu, Azərbaycan Respublikasının da Ermənistan Respublikası ilə eyni qaydalarla hərəkət edəcəyinə zəmanətdir”.

Seçilən
84
50
mia.az

10Mənbələr