Bu il sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə regionun qubernatoru Dmitriy Artyuxov sakinlərlə görüşündə məlumat verib.
Onun sözlərinə görə, həmin tarixdən patent əsasında çalışan işçi miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək.
Bununla belə, qubernator əlavə edib ki, miqrantlara inşaatda işləməyə icazə veriləcək.