AZ

Masallıda şəhid Ətrafil Məmmədovun xatirəsi anılıb

Masallıda şəhid Ətrafil Məmmədovun xatirəsi anılıb


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.
Avqustun 18-də Öncəqala kəndində RİH başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər rayon rəsmiləri, kənd sakinləri tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi Ətrafil Mürüvvət oğlu Məmmədovun (05.10.1973- 17.08.1992) məzarı və ailəsi ziyarət olunub.
Rayon rəhbəri dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb, Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulayıb.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını bildiriblər.


 

Seçilən
0
8
qht.az

10Mənbələr