GlobalInfo saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Alyaskada baş tutan görüşdə Rusiya Prezidenti Vladimir Putinlə səmimi münasibəti və rəftarı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əsasən ABŞ və Avropa xalqları Trampın bu hərəkətini tənqid ediblər.
Bəzi analitiklər və araşdırma mərkəzləri Ağ Ev rəhbərinin Rusiyaya taktiki nüvə müharibəsi üçün bəhanə verməmək məqsədilə belə davrandığını bildirirlər.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, dünya mətbuatında Donald Tramp və Vladimir Putini ittiham edən məqalələr kifayət qədər çoxdur:
“Trampın yumşaq rəftarının protokoldan kənar olduğunu iddia edənlər var. ABŞ prezidenti seçki kampaniyasında Rusiya-Ukrayna müharibəsindən daha vacib məsələlərin gündəmdə olduğunu vurğulamışdı. Bildirmişdi ki, bu gün nüvə başlıqlarına sahib ölkələr arasında gərginlik mövcuddur və dünyanı belə bir fəlakətdən qorumaq lazımdır.
Həmçinin oxuyun:
Tramp və Putinin Alyaskada gizli razılaşması – Ukrayna xəritəsi dəyişir?
Yusif Bağırzadə
Trampın əsas məqsədi Ukrayna müharibəsində müəyyən razılaşmaya nail olmaq, prosesdə ABŞ-ın yer almasını təmin etmək, lakin ölkəsinin münaqişəyə birbaşa cəlbinin qarşısını almaq və Rusiya ilə 2026-cı ilin fevralında müddəti bitəcək “Orta və Kiçik Mənzilli Nüvə Raketləri Müqaviləsi”ni uzatmaq idi. İki ölkə arasında kiçik və orta mənzilli ballistik raketlərin istifadəsini qadağan edən müqavilə mövcuddur. 2020-ci ildə Rusiya bu müqavilədən birtərəfli qaydada çıxsa da, Tramp istəyir ki, razılaşma yenidən qüvvəyə minsin və davam etsin. Bununla da sürətli silahlanmanın qarşısı alınacaq. ABŞ lideri həmçinin dünyadakı müharibə ocaqlarını bitirməyi hədəfləyir.
Avqustun 18-də vacib görüş baş tutacaq. Danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski, NATO Baş katibi Mark Rutte, Avropa Komissiyası Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron və digər yüksək səviyyəli şəxslər iştirak edəcək. Bu ciddi görüşdə Rusiya-Ukrayna münasibətlərinə aydınlıq gətiriləcəyi gözlənilir”.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.