AZ

"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun HAQDA

"Hər kəs bu iki qarşılaşmaya hazırdır. Nə psixoloji, nə də fiziki yorğunluqdan əsər-əlamət yoxdur. Əksinə, hər kəs bu mərhələdə iştirak edə bildiyinə görə xoşbəxtdir".

Bizim.Media xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferensvaroş"un (Macarıstan) futbolçusu Qavriel Kanikovski bu gün görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
 

Yayda Təl-Əviv "Makkabi"sindən "Ferensvaroş"a qoşulan israilli futbolçu komandaya tez uyğunlaşdığını bildirib:


"Yeni oyunçu kimi heç kimə asan olmur, amma Robbi Kin və heyət mənə uyğunlaşmaqda çox kömək etdi, şansımı tez əldə etdim. Burada olmaq heyrətamizdir, Əvvəlki komandamda fərqli sistemdə və bir az geridə oynayırdım. Amma vəzifə eynidir, komandaya qol vurmağa kömək etməkdir".

Q.Kanikovski 2022-ci ildə "Ferensvaroş"la "Qarabağ" arasında keçirilən görüşdən sonra hər iki komandada çox dəyişiklik olduğunu da vurğulayıb: "Sabahkı oyun hər kəsi çox həyəcanlandırır.
 

2022-ci ildə "Ferensvaroş" bu rəqiblə qarşılaşıb. Amma həm “Qarabağ”ın, həm də bizim komandanın heyəti 2022-ci ildəki dueldən fərqlidir. Əsas odur ki, öz oyunumuzu oynayaq".


Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.

Bizim.Media

Seçilən
49
50
bizim.media

10Mənbələr