AZ

ABŞ Prezidenti: Rusiya-Ukrayna müharibəsini dayandıracağam

  ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaqda qərarlı olduğunu bildirib.

Referans xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.

“Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Mən nə etdiyimi dəqiq bilirəm və bütün bu münaqişələr üzərində illərdir işləmiş və onları dayandırmaq üçün heç nə edə bilməyən insanların məsləhətinə ehtiyacım yoxdur. Onlar sağlam düşüncədən, zəkadan və anlayışdan məhrum axmaq insanlardır, Rusiya ilə Ukraynadakı faciənin həllini yalnız çətinləşdirirlər.

Bütün qeyri-ciddi və qısqanc tənqidlərə baxmayaraq, bununla məşğul olacağam və məşğulam”, - Tramp əlavə edib.//teleqraf  

Seçilən
71
50
referans.az

10Mənbələr