Bir neçə ölkə və təşkilat Gürcüstanda dövlət çevrilişi həyata keçirməyə çalışır.
Axar.az xəbər verir ki, bu sözləri hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
Siyasətçinin sözlərinə görə, son illər respublika ərazisində belə cəhdlər bir neçə dəfə olub:
"Bu ölkələr, konkret təşkilatlar, qlobal müharibə partiyasını, "dərin dövləti" təmsil edən insanlar təbii ki, sakitləşə bilməz və sakitləməyəcək də. Onlar ölkədə iğtişaşlar, dövlət çevrilişi təşkil etmək istəyirlər”.