ain.az, Azxeber.com portalına istinadən məlumat verir.
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinə imza atıb.
Bu, komandanın I turda evdə "Arsenal"a uduzması ilə reallaşıb.
Mütəxəssis "qırmızı şeytanlar"da 15-ci məğlubiyyətini (7 qələbə, 6 heç-heçə) alıb. O, bu nəticəni 28 matçda əldə edib. Bu isə Çempionşipdən Premyer Liqaya yüksəlməyən komandalarda 2009-cu ildən bəri ən pis nəticədir.
2009-cu ildə "Portsmut"un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.