AZ

Paşinyan: Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur.“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.“34 illik dövlətçiliyimizin tarixində bütün xarici siyasət və diplomatik hadisələri “qələbə və ya məğlubiyyət” şkalası ilə qiymətləndirməyə çalışmışıq. Hörmətli xalqım, özümdə cəsarət tapıb deyirəm ki, məsələlərə belə yanaşmaq yanlışdır. Çünki seçim həmişə qələbə və məğlubiyyət arasındadırsa, məğlubiyyət qaçılmazdır”, - o bildirib.Paşinyanın sözlərinə görə, əldə olunan razılaşmalar Ermənistanda dövlət quruculuğu konsepsiyasının əsl təntənəsidir.“Bir dəfə, iki dəfə, üç dəfə, hətta beş və ya on dəfə qalib gələ bilərsən, amma razılığa gələn bütün tərəflərə uğur vəd edən qarşılıqlı razılaşma düsturu tam başqa bir şeydir. Vaşinqton razılaşmaları həm Ermənistan, həm Azərbaycan, hətta ABŞ üçün mütləq uğurdur. Onlar dövlətimizi etibarlı, sabit və əbədi edir, müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirir, rifahımızı və xoşbəxtliyimizi real edir”, - Ermənistan hökumətinin başçısı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
50
demokrat.az

10Mənbələr