AZ

Ermənistan və İranın nazirləri arasında görüş oldu

BAKI, 18 avqust. TELEQRAF

Avqustun 18-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İranın sənaye, mədən və ticarət naziri Seyid Məhəmməd Atabakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, Papoyan Ermənistanın İran ilə mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini, həm dövlət səviyyəsində, həm də biznes icmaları arasında əməkdaşlıq üçün geniş üfüqlər gördüyünü bildirib.

Görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, işgüzar əlaqələrin gücləndirilməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.

Həmsöhbətlər ticarət və logistikanın rahat hərəkəti, kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsi, xüsusilə sərhədyanı fitosanitar və baytarlıq proseslərinin sadələşdirilməsi, standartlara və texniki uyğunluğun təmin edilməsinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər sənaye və ticarət sahəsində planlaşdırılan birgə layihələri praktiki əsasda qoyacaq birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Seçilən
8
50
teleqraf.com

10Mənbələr