AZ

Ukrayna sərhədləri və“ərazi mübadiləsi” variantları...

Tramp atəşkəs müqabilində Kiyevin ərazi güzəştinə getməli olduğunu deyir, Zelenski isə bu mövqeni qətiyyətlə rədd edir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə atəşkəs sazişi əldə etmək üçün müəyyən əraziləri “dəyişməli” olduğunu bildirib. Lakin hələlik bunun konkret olaraq nəyi əhatə etdiyi məlum deyil. Ukrayna prezidenti Vladimir Zelenski isə hər hansı güzəşt variantını qətiyyətlə rədd edir.

Rusiya ordusu şərq cəbhəsində ləng də olsa irəliləməyə davam edir. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, son gecə ərzində 140 pilotsuz uçuş aparatı və 4 raket buraxılıb, onlardan 88-i vurulub. Altı müxtəlif vilayətdə zərbələr qeydə alınıb.

The Times məşri yaxır ki, mümkün ssenarilər belədir:

Avropa variantı – Atəşkəsin hazırkı cəbhə xətti (təxminən 1094 kilometr) üzrə elan olunması. Bu xətt 2022-ci ildən bəri demək olar ki, dəyişməz qalıb.

Rusiya tələbləri – Donbas üzərində tam nəzarət. Bu halda Ukrayna möhkəmləndirilmiş mövqelərindən geri çəkilməli olacaq və Moskvanın növbəti hücumları üçün yol açılacaq.

Ukrayna mövqeyi – Heç bir ərazi güzəştinə getməmək. Kiyev vurğulayır ki, “ukraynalılar öz torpaqlarını işğalçıya hədiyyə etməyəcək”.

Trampın proqramı – “Ərazi mübadiləsi” ssenarisi: Donbasın Rusiyaya verilməsi müqabilində Ukraynanın Xerson vilayətinin bir hissəsini geri alması. Lakin bu variant az ehtimal olunur, çünki Moskva müharibənin əvvəlindən etibarən Xersonu Krıma quru dəhliz təmin etmək üçün strateji vacib bölgə hesab edib.

Ekspertlər hesab edirlər ki, mövcud vəziyyətdə tərəflər arasında kompromisə nail olmaq çox çətindir. Ukrayna ictimaiyyəti və rəhbərliyi torpaq güzəştlərini xəyanət kimi qəbul edir, Rusiya isə qazanclarını möhkəmləndirməyə çalışır. ABŞ administrasiyasının təklifləri isə hələlik real siyasi iradə ilə dəstəklənmir.

Poliqon.info

Seçilən
60
50
poliqon.info

10Mənbələr