AZ

Ukrayna XİN: Rusiya SOCAR terminallarına qəsdən hücum edib

Bu gün axşam saatlarında Rusiya Hərbi Hava Qüvvələri Odessa vilayətində yerləşən SOCAR neft terminallarına zərbələr endirib. Bu, son həftələr ərzində Azərbaycanın dövlət şirkətinə Rusiyanın ikinci hücumu olub.

Operativ Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa məlumat verib.

“Moskva bunu qəsdən edir və Azərbaycanın maraqlarına zidd hərəkət göstərir. Bu, bir daha Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlığın yeni səviyyəsinin əhəmiyyətini, eləcə də belə hücumlara adekvat diplomatik və hüquqi reaksiyanın vacibliyini göstərir,” – nazir bildirib.

Seçilən
20
50
operativmedia.az

10Mənbələr