3x3 qadın basketbol millimiz Dünya Qadın Seriyasının Səbail mərhələsində B qrupunda mübarizə aparacaq.
"Unikal" xəbər verir ki, avqustun 23-24 Bakıda keçiriləcək turnirdə yığmamzın rəqibləri Çexiya və Filippin komandaları olacaq.
Basketbolçularımız qrupda ilk oyununu avqustun 23-də saat 18:30-da Çexiyaya, ikinci görüşünü isə saat 20:10-da Filippinə qarşı keçirəcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.