Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bir neçə ərəbin cinayətini bütün ərəblərə və ya İslama yapışdırmaq cəhdi əbəsdir. Belə cəhd sahibləri rus şovinistlərinə bənzəyir: necə ki, onlar hansısa fərdin bəd əməlini mənsub olduğu xalqa şamil edirlər. Peyğəmbərimiz buyurur: “Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın da ağdan üstünlüyü yalnız təqva (Allah qorxusu) ilədir”. Millətçilik, etnosçuluq dinimizə yaddır. O dinimizə ki, məhz onun ehkamlarına əsasən şəhidlərimiz bizim üçün əzizdir. Ətrafımızda elə xalq yoxdur ki, bizə qarşı pis əməli olmasın. Heç ənənəvi olaraq rus, fars, ermənilərin etdiklərini kənara qoyuram: hamıya bəllidir! Gürcülər Gəncə qapıları ilə bərabər qadınlarımızı əsir aparmışdılar. Ərəblər də bizə qarşı amansızlıqlar edib. Bir nəfər belə ərəb tanışım da yoxdur! Lakin biz genetik olaraq həm də ərəblərin törəmələriyik. Tarixdən bəllidir ki, ərazimizdə xeyli ərəb məskən salıb. Hətta şirvanşahlar da ərəb olub. Hanı onlar? Əriyib, assimilyasiya olub azərbaycanlıya çevriliblər digər çoxsaylı yerli etnoslar kimi. Odur ki, genetik olaraq biz ərəbə daha yaxınıq nəinki, türkdilli Asiya xalqlarına (elə zahiri görünüş əsasında müqayisə etsəniz bunu başa düşəcəksiz). Odur ki, həmçinin ərəbin törəməsi olaraq ərəbə dil uzatmağın adı yoxdur, sadəcə! Həmin ərəbin sayəsində bəşəri dinə yiyələnmişik. Səlcuqlar, Osmanlılar kimi! Bu din olmasaydı nə Səlcuq, nə də Osmanlı qlobal gücə çevrilə bilməzdi! Hələ onu demirəm ki, ərəb dili dünyanın ən zəngin dilidir.
Pravda.az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan dilindəki sözlərin əksəriyyəti ərəb mənşəlidir: “İnanmırsız? Konstitusiyamızı oxuyun: sözlərin 53 faizi ərəb mənşəlidir! Türk mənşəli sözlər isə orada cəmi 27 faizdir. Bir də ki, nəinki hər bir fərd arasında, hətta ərəb dövlətləri arasında da fərq qoymaq lazımdır. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və s. kimi ərəb dövlətləri var. İqtisadi, mədəni, siyasi, elmi və s. cəhətdən kifayət qədər güclü. Dünyada da sayılan. Hətta hüquqi dövlət kimi də İslam dünyasının liderləridir. Onlara qoyulan xarici sərmayələrin həcmi etimadın yüksək olmasından xəbər verir. Odur ki, ucuz şovinizmi kənara qoyub normal hüquqi dövlət quraq, iqtisadiyyatı gücləndirək. Adambaşına düşən ÜDM göstəricisinə görə Gürcüstanla Ermənistan bizi ötüb artıq… O ki qaldlı bu iki ərəbə, əminəm ki, layiqli cəzalarını alacaqlar!” – o qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.