AZ

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırıldı


Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 5a ünvanında fəaliyyət göstərən “Gəlinqaya” kafesində nöqsanlar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. 
Bildirilib ki, kafedə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
 



Seçilən
75
50
yeniavaz.com

10Mənbələr