AZ

İran hələ ABŞ yə zərbə vurmadığı halda ABŞ bunu edə bilibsə.. Hərbi ekspert

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranlı deputat Əmir Həyat Moqəddəm deyib ki, biz ABŞ-yə dənizdən hücum edə bilərik, SEPAH 20 ildir bunun üzərində işləyir və artıq müvafiq texnologiyanı hazırlayıb. Onun sözlərinə görə, ABŞ təxminən 10 min kilometr uzaqda olsa da, İran gəmiləri 2 min kilometrədək irəliləyərək Vaşinqton, Nyu-York və digər şəhərləri raketlərlə hədəfə ala bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirdi ki, İranın dənizdən ABŞ-yə zərbə vurması nəzəri baxımdan mümkündür, amma reallıqda məsafə, texniki imkanlar və digər səbəblərə görə qeyri-mümkündür.

"Hər hansı zərbə həyata keçirilsə belə, ABŞ-nin donanması, aviadaşıyan gəmiləri, digər güclü hərbi qüvvələri İranı hər tərəfdən mühasirəyə ala bilər və “Tomahawk” raketləri ilə istər-istəməz İrana on qat zərbə vurmaq gücünə malikdir. İrandan buraxılan raketlər və ya gəmilər ABŞ-yə çatana qədər havada məhv edilə bilər. Ən yaxşı halda hansısa biri çatsa belə, bu, texniki baxımdan demək olar ki, mümkünsüzdür.

ABŞ-nin müdafiə sistemi çox güclüdür. Buna baxmayaraq, qəfil zərbə vurmaq nəzəri olaraq mümkün olsa belə, hər zaman nəzərə almaq lazımdır ki, cavab zərbəsi hansı gücdə olacaq. ABŞ əvvəllər öz təyyarələrini İran üzərinə göndərib bombardman edib, İran isə buna qarşı heç bir tədbir görə bilməyib, bəlkə də xəbərdar belə olmayıb. Hətta hava müdafiə sistemləri həmin təyyarələri belə aşkar etməyib. İran hələ ABŞ-yə zərbə vurmadığı halda ABŞ bunu edə bilibsə, indi təsəvvür etmək lazımdır ki, cavab zərbəsi hansı dərəcədə dağıdıcı ola bilər", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
50
redaktor.az

10Mənbələr