Həbsdə olan müğənni Dəniz Əsədovanın cəza müddəti daha 1 ay artırılıb.
Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında belə qərar çıxarıb.
Müğənni bu dəfə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Mehparə Kazımovanı təhqir etməkdə və ona qarşı böhtan xarakterli məlumatlar yaymaqda təqsirli bilinib. Həkim iddia edir ki, müğənni onu vəzifə cinayətlərində ittiham edib. Həmin ittihamlar mediada yayılıb.
Hökmə əsasən, əvvəlki cəza ilə birləşdirilməklə Dəniz Əsədovaya ümumilikdə 8 ay həbs təyin edilib.
Müğənni baş həkimin ittihamlarını qəbul etmir, hökmdən apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, D.Əsədova bundan əvvəl də vəkillərdən birinin şikayəti əsasında məhkum olunmuşdu.
10Mənbələr
-
olke.azDənizin həbs müddəti uzadıldı- Eks-baş həkim şikayətçidir ( 20467398)
-
demokrat.azDənizin həbs müddəti uzadıldı ( 20463309)
-
qafqazinfo.azDənizin həbs müddəti uzadıldı Bu dəfə eks baş həkim şikayətçidir ( 20457903)
-
teleqraf.comTürkiyə universitetlərindən alınan diplomların klasifikasiyası barədə statistika açıqlandı ( 20456985)
-
baku.newsƏcnəbi turistlərə tarixi yerlərimiz haqda məlumat verilir? ( 20455473)
-
modern.azƏcnəbi turistlərə tarixi yerlərimiz haqda məlumat verilir? ( 20455437)
-
modern.azÖlkəmizə gələn turistlərə tarixi abidə və yerlər haqda məlumat verilir? ( 20454819)
-
modern.azNazirlik və komitələrin mətbuat katibləri - Onları necə tanıyırsınız? - SİYAHI ( 20406873)
-
bizimyol.infoMədəni irsin qorunması və müasir dövrdə turizmin inkişafı: Tarixi dəyərlər gələcəyə körpü salır ( 20382201)
-
pravda.azRüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı ( 20352795)