...İtaliyalı rejissor Paolo Sorrentino Sarayevo Film Festivalı zamanı ilham, yaradıcılıq prosesi və kinonun həyatındakı rolu haqqında danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Deadline yazır.
“Oskar” mükafatı laureatı etiraf edib ki, gəncliyində həlledici məqam 1984-cü ildə Dieqo Maradonanın meydana çıxması olub.
...Mən ilk dəfə 14 yaşım olanda əsl şounun nə olduğunu başa düşdüm. Maradona mənə və bütün Neapolun nə qədər inanılmaz bir tamaşa olduğunu göstərdi. Kinoda da eyni şeyi tapdım...
Festivalda Sorrentino “Sarayevonun ürəyi” fəxri mükafatını alacaq və filmlərinin retrospektivini təqdim edəcək.
Yeni layihələrə yanaşması haqqında o qeyd edib ki, “...Mən qəsdən ideya axtarmıram. Evdə otururam, heç nə etmirəm, sonra obsesif fikir yaranır - və bu barədə film çəkirəm.
Kinoda zorakılıqdan danışan rejissor əsərlərində bundan qaçdığını etiraf edib.
...Belə səhnələr çəkmək məni yorur, personajın çox əziyyət çəkməsi xoşuma gəlmir. Hər şeyin yaxşı bitdiyi “Disney” filmlərinə daha yaxınam.
...Sevimli rejissorları arasında Sorrentino Martin Skorsezenin adını çəkib və aktyorlarla əməkdaşlıq etmək xəyalları barədə suala istehza ilə cavab verib ki, “İdeal film aktyorsuz olardı”.
Siyasətdən danışan rejissor bildirib ki, kino müharibələrin, faciələrin qarşısını almaq iqtidarında deyil: “Heç bir film belə şeyləri dayandıra bilməz”.
Əli Babayev