AZ

Aysun anası ilə bağlı videomüraciət etdi - Video

Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın azadlığa buraxılması üçün Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, o bu bardə sosial şəbəkə hesabında paylaşım edib:

O bildirib ki, anası bütün ömrünü Azərbaycan incəsənətinə həsr edib:

“Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, analar anası Mehriban xanım və cənab Nazir Vilayət Eyvazov, bir övlad kimi sizə ümid və yalvarışla müraciət edirəm. Anam Rəqsanə İsmayılova hazırda həbsdədir. O, bizim üçün yalnız sənətçi deyil, həm də 4 övlad anasıdır. Ən böyük istəyimiz, ehtiyacımız anamızın yanımızda olmağı, nəfəsini, sevgisini, qayğısını hiss etməkdir. Cənab Prezident, anam bütün ömrünü Azərbaycan incəsənətinə həsr edib. Həm ölkəmizdə, həm də xaricdə incəsənətimizi təmsil edib”.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Müğənninin qərardan narazı olduğu üçün apellyasiya şikayəti verib. Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir. Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Seçilən
7
50
qafqazinfo.az

10Mənbələr