ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi tədbirlərə başlayıb.
Hafta.az xəbər verir ki, bunu “Report”a Finlandiyanın ATƏT-ə 2025-ci il sədrliyi üçün ölkənin Xarici İşlər Nazirliyində yaradılmış Hədəf Qrupunun rəhbərinin müavini, finlandiyalı diplomat Toni Sandell deyib.
“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Finlandiya avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayır”, - qurumdan bildirilib.
Sandell qeyd edib ki, bu sazişlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında və regionda davamlı sülhün əldə olunmasında mühüm mərhələdir.
O bildirib ki, Finlandiya iki ölkənin birgə müraciətinin cavablandırılması prosesinə başlayıb, əlavə məlumat daha sonra veriləcək.