AZ

HƏMAS-ın Misir və Qətərin atəşkəs təklifini qəbul etdiyi bildirilir


Misir mənbələri bildirib ki, Həmas vasitəçi ölkələr Misir və Qətərin Qəzzada atəşkəs təklifini qəbul edib.
Misirin Əl-Kahirə Əl-İxbariyyə kanalına danışan yüksək səviyyəli mənbələr məsələ ilə bağlı məlumat verib.

Mənbələr HƏMAS-ın Qəzzada atəşkəslə bağlı vasitəçi ölkələr Misir və Qətərin təqdim etdiyi təklifi qəbul etdiyini bildirib. Onlar bildiriblər ki, yeni təklif 60 günlük müvəqqəti atəşkəslə yanaşı, “müharibəyə son qoymaq üçün hərtərəfli razılaşma”nı da ehtiva edir.
i
Hesabatda deyilir ki, “Təklif atəşkəsin ilk günündən Qəzzada daimi atəşkəs və ya hərtərəfli razılaşma ilə bağlı məsələlərin həllini ehtiva edir”.

Mənbələr bildiriblər ki, təklifdə Qəzza zolağına humanitar yardım axınını asanlaşdırmaq üçün “İsrail qüvvələrinin sərhəd bölgələrində yenidən yerləşdirilməsi” də var. "Təklif Qəzzada hərbi əməliyyatların 60 günlük dayandırılmasını nəzərdə tutur. Bu müddət ərzində bəzi fələstinli məhbuslar, Qəzzada olan israilli girovların yarısı azad ediləcək. Başqa sözlə, 10 israilli girovun yarısını təmsil edən ölən 36 girovdan 18-nin cəsədi qaytarılacaq".

Mənbələr HƏMAS-ın bu təklifi Qəzza zolağında Fələstin xalqını qorumaq üçün ən yaxşı variant kimi qiymətləndirdiyini vurğulayaraq, əlavə edib ki, yeni təklif həm də Qəzza xalqını hücumlardan qoruyacaq hərtərəfli həll yolunda ilk addım olaraq görülür.

HƏMAS və ya onun vasitəçi ölkələri olan Misir və Qətərdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
77
34
aia.az

10Mənbələr