AZ

Zelenski Trampla görüşə nə geyinəcək? - Ağ Ev narahatdır!

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla bu gün keçiriləcək görüşə pencək geyinəcək, lakin qalstuk taxmayacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios”  portalı  etibarlı mənbələrə istinadən məlumat yayıb.

Portalın yazdığına görə, bu gün Zelenski iyun ayında NATO sammitində geyindiyi qara pencəkdə Trampı ziyarət etmək istəyir. 

Qeyd olunur ki, Ağ Ev nümayəndələri hətta Ukrayna tərəfdən Zelenskinin ABŞ-ə səfəri zamanı rəsmi geyim tərzinə riayət edib-etməyəcəyi ilə maraqlanıblar. 

Xatırladaq ki, bu ilin fevral ayında Zelenskinin Trampla  keçirilən görüşündə Ağ Ev rəhbəri ona kostyum geyinmədiyi üçün irad bildirmişdi.

Qeyd edək ki, ABŞ və Ukrayna liderləri arasında danışıqlar bu gün  Ağ Evdə baş tutacaq. 

Seçilən
40
50
qafqazinfo.az

10Mənbələr