Mənzil başın sürətli və vaxtında çatmaq... Yayda sərin, qışda isti mühitdə getmək üçün əvəzsiz nəqliyyat...
Xezerxeber.az xəbər verrir ki, söhbət Bakı metrosundan gedir. Bu nəqliyyat vasitəsindən gündəlik istifadə edən sakinlər deyirlər ki, metro ictimai nəqliyyatın ən təhlükəsiz növü hesab edilir. Hətta, son illərdə metroda olan yeniliklər sakinlər tərəfindən müsbət qiymətləndirilir. Yeni qatarların alınması, rəqəmsal idarəetmə, intervalın azaldılması, daha dəqiq və optimallaşdırılmış sistemə keçid bu nəqliyyat növündən istifadəni daha da artırıb.
Sakinlər bəzən sıxlıq müşahidə edildiyini, bunun da başadüşülən olduğunu deyirlər.
Ekspertlər bildirirlər ki, metroda olan müsbət dəyişikliklər davam edərsə, sərnişinlərin sayında daha çox artım müşahidə edilə bilər. Bu istiqamətdə də yeni layihələr icra edilir.
Sərnişinlərin mənzil başına rahat, təhlükəsiz çatmaları üçün hər şey edilir. Amma uzun illərdir metro subsidiya ilə işləyir. Hazırda da fəaliyyətini subsidiya ilə davam etdirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.