Rosqvardiya əməkdaşları Moskvada bazarda 70 miqrantı saxlayıb.
Referans “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Qvardiyasının Moskvadakı Baş İdarəsinin “Avanqard” və “Qılınc” mobil xüsusi təyinatlı dəstəsinin (OMON) əməkdaşları İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin əməkdaşları ilə birlikdə paytaxtda miqrasiya qanunvericiliyinin pozulması hallarının və hərbi xidmətdən yayınan vətəndaşların aşkar edilməsi məqsədilə reydlər keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində miqrasiya qeydiyyatı məlumat bazaları ilə yoxlanılması üçün Çerkizovskaya küçəsində yerləşən bazarın ərazisində 70 vətəndaş saxlanılıb”, – məlumatda bildirilir.
Qurumun mətbuat xidmətindən deyilib ki, onlardan 20 nəfəri hərbi qeydiyyatının yoxlanması üçün Moskva Hərbi Komissarlığına göndərilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta