Vaşinqton, 18 avqust , AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Avropa liderləri ilə görüşmək üçün Ağ Evə gəlib. AZƏRTAC-ın məlumatına görə, Donald Tramp Ağ Evin qarşısında onu qarşılayıb. Daha sonra tərəflər görüş üçün içəri keçiblər. Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stabın iştirakı ilə geniş formatda görüş olacaq.
Qeyd edək ki, ötən həftə avqustun 15-də Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton