AZ

Azay Quliyev: SOCAR-ın müəssisələrinə hücum birbaşa təhdiddir

BAKI, 18 avqust. TELEQRAF

ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə sədri kimi bu gün yaydığımız birgə bəyanatda Rusiyanın SOCARA-a olan hücumunu qəti şəkildə pislədik.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev deyib.

O bununla bağlı ATƏT PA-nın yaydığı rəsmi açıqlamanı da diqqətə çatdırıb: Bəyanatda qeyd olunur ki, ATƏT PA-nınPrezidenti Pere Joan Pons və ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev Rusiya Federasiyasının Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturuna, o cümlədən Odessa şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə davamlı hücumlarını qəti şəkildə pisləyirlər.

Həmçinin xatırladılır ki, ATƏT PA-nın 2025-ci ildə Portoda keçirilmiş İllik Sessiyasında qəbul edilən Qətnamədə Ukraynanın enerji və mülki infrastrukturunun genişmiqyaslı dağıdılması pislənilmiş və enerjiyə maneəsiz çıxışın sabitlik və rifah üçün əsas şərt olduğu bir daha təsdiqlənib.

Məhz bu qətnaməyə istinad edən Komitə Sədri Azay Quliyev vurğulayıb ki, mülki infrastrukturun məqsədli şəkildə bombalanması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu məsuliyyətsiz hücumlar insanların dözülməz əzab-əziyyətinə səbəb olur: “Enerji obyektlərinə, o cümlədən SOCAR-ın müəssisələrinə hücum təkcə mülki həyat üçün deyil, həm də bütün regionun iqtisadi və enerji sabitliyi üçün birbaşa təhdiddir”.

Öz növbəsində ATƏT PA sədri də Rusiya Federasiyasını təcavüzkar hərbi əməliyyatlarını dərhal dayandırmağa, mülki şəxslərə və həyati əhəmiyyətli infrastruktur obyektlərinə qarşı bütün qanunsuz hücumlara son qoymağa çağırıb: “Davamlı atəşkəsin təmin edilməsi və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atılmalıdır”.

Seçilən
13
3
teleqraf.com

10Mənbələr