Respublika əhəmiyyətli yol təmirə bağlanıb.
Xezerxeber.az xəbər verir ki, söhbət "Böyük İpək yolu"nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundaan gedir. Artıq bir müddətdir ki, həmin magistralın bir hissəsində təmir işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görülən işlərə xeyli sayda texnika və canlı qüvvə cəlb edilib.
Zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilib. Anar Nəcəfli onu da əlavə etdi ki, texnoloji ardıcıllığa uyğun olaraq, hazırda yola yeni asfalt-beton örtüyünün hamarlayıcı qatının tikintisi işləri icra olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.