AZ

Trampla Zelenski arasında görüş keçirilir - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Zelenski arasında ikitərəfli görüş keçirilir.

Hafta.az-ın məlumatına görə, görüşdə vitse-prezident CeyDİ Vens, xüsusi elçi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio da iştirak edir.

21:28

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Avropa liderləri ilə görüşmək üçün Ağ Evə gəlib.

Hafta.az bildirir ki, Donald Tramp Ağ Evin qarşısında onu qarşılayıb.

Daha sonra tərəflər görüş üçün içəri keçiblər.

Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə geniş formatda görüş olacaq.

Qeyd edək ki, ötən həftə avqustun 15-də Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Seçilən
50
40
hafta.az

10Mənbələr