Cəlilabadda örüş sahəsində otlayan inəkləri elektrik vuraraq öldürüb.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Zərbiəli kəndində baş verib.
Belə ki, biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb. Həmin anda ərazidə otlayan mal-qaranın bir-neçəsini cərəyan vuraraq öldürüb.
Sakinlər deyir ki, ərazidə heyvanlar çox olub. Ancaq qırılan elektrik xətti yaxınlıqda olan 8 baş inəyin üstünə düşüb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional Qrupundan bildirilib ki, Zərbiəlli kəndindəki örüş sahəsinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi və bu zaman həmin ərazidə olan inəklərin tələf olması ilə bağlı polisə məlumat daxil olub.
Hazırda həmin məsələ ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.