AZ

Gecə saatlarında qəhvə içmək yuxunu pozur

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dietoloq Tatyana Selezneva qəhvə ilə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, latte, americano və espresso kimi qəhvə növləri orqanizm üçün zərərli hesab olunmur.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda life.ru-ya danışıb.

Mütəxəssis gündə iki fincandan çox qəhvə içməməyi məsləhət görüb. O bildirib ki, sağlamlıq üçün ən zərərli qəhvə növü şəkər və şirin şərbətlər əlavə olunmuş variantlardır. Selezneva eyni zamanda gecə saatlarında qəhvə içməyin yuxunu poza biləcəyini də vurğulayıb.

Dietoloq əlavə edib ki, südlə və ya qaymaqla içilən qəhvə təsiri bir qədər yumşaldır, lakin eyni zamanda içkinin kalori miqdarını artırır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
35
redaktor.az

10Mənbələr