ABŞ Prezident Donald Tramp potensial sülh sazişinin qorunmasına kömək etmək üçün Ukraynaya ABŞ qoşunlarının göndərilməsini istisna etməyib.
Publika.az xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə danışıb.
Tramp qeyd edib ki, sülhün təmin edilməsinə Avropa rəhbərlik edəcək, lakin ABŞ da bu prosesin iştirakçısı olacaq.