AZ

Tramp Ukrayna münaqişəsinin həll ediləcəyinə əmin olduğunu bildirib

ain.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin həll ediləcəyinə əmin olduğunu bildirib.

Ölkə.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Volodimir Zelenski ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Müharibə sona çatacaq. Vladimir Putin bu müharibəni sona çatdırmaq istəyir, məncə, bütün dünya artıq bu müharibədən yorulub və biz onu sona çatdıracağıq", - Tramp deyib.

Prezident əlavə edib ki, özü altı müharibəni sona çatdırıb və bu müharibənin də həll ediləcəyinə əmin olduğunu vurğulayıb:

“Düşünürdüm ki, bəlkə bu, ən asan müharibə olacaq, amma belə deyil. Bu, çətin müharibədir, səbəbləri çoxdur və uzun müddət müzakirə olunacaq. Mən əminəm ki, bunu həll edəcəyik.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
9
olke.az

10Mənbələr