AZ

Zelenski təqdim olunan ABŞ silahlarına görə təşəkkür etdi

BAKI, 18 avqust. TELEQRAF

NATO-ya üzv dövlətlərə Ukraynaya göndərmək üçün ABŞ-dən silah almağa imkan verən yeni proqrama görə minnətdarıq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezident Volodimir Zelenski deyib.

"Biz bu proqrama və bu fürsətə görə minnətdarıq. Avropaya minnətdarıq - onlar bunun üçün pul ödəyirlər", - o söyləyib.

ABŞ Prezidenti Donald Tramp da bu proqramdan məmnun olduqlarını söyləyib.

Zelenskinin sözlərinə görə, ABŞ silahları Ukraynanın müdafiəsi baxımından həlledici rola malikdir.

"Avropanın heç bir ölkəsində ABŞ qədər hava hücumundan müdafiə sistemləri yoxdur. Bizim buna böyük ehtiyacımız var", - o deyib.

Seçilən
23
50
teleqraf.com

10Mənbələr