AZ

“Qalatasaray”dan 25 milyon avro istəyir - “Mançester Siti”

“Mançester Siti” qapıçısı Edersonla bağlı “Qalatasaray”la danışıqları davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” braziliyalı futbolçu üçün təxminən 25 milyon avro istəyib və klublar bu haqda razılığa gəlməyə çalışırlar.

Qolkiper “Qalatasaray”a keçməkdə maraqlıdır.

Daha əvvəl türklərin Ederson üçün 10 milyon avro dəyərində ilk rəsmi təklifi etdiyi bildirilib.

31 yaşlı futbolçu 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir.

Seçilən
14
50
sportinfo.az

10Mənbələr