Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tribunainfo.az xəbər verir ki, ABŞ-ın tanınmış reportyoru Brayan Qlenn Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Vladimir Zelenskidən əvvəlki sualına görə üzr istəyib.
Qlenn Zelenskinin kostyum geyinməsi ilə bağlı əvvəlki tənqidi xatırladaraq bu dəfə tam əksinə fikirlər səsləndirib:
“Siz bu kostyumda möhtəşəm görünürsünüz. Siz çox yaxşı görünürsünüz” – deyə jurnalist bildirib.
ABŞ prezidenti Donald Tramp da dialoqa qoşularaq əlavə edib:
“Mən də eyni şeyi dedim. O [jurnalist] keçən dəfə sənə hücum etmişdi”.
Bundan sonra Brayan Qlenn Zelenskiyə dönərək üzr istəyib:
“Üzr istəyirəm. Siz əladan da yaxşı görünürsünüz”.
Zelenski isə zarafatla cavab verib: “Siz eyni kostyumdasınız, mən isə özümü dəyişmişəm”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.