ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü başa çatıb.
Bakues.az-ın məlumatına görə, bu barədə Ağ evin mətbuat xidməti bildirib.
Görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və dövlət katibi Marko Rubio da iştirak ediblər.
***
21:51
Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşüb.
Bakues.az xəbər verir ki, Ağ Ev görüşü birbaşa yayımlayıb.
Birgə şəkil çəkdirdikdən və mətbuata şərhlərdən sonra liderlər binaya daxil olublar.
***
21:26
Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenskinin görüşü başlayıb.
Bakues.az xəbər verir ki, Ağ Ev görüşü birbaşa yayımlayır.
Birgə şəkil çəkdirdikdən və mətbuata şərhlərdən sonra liderlər binaya daxil olublar.
Jurnalistin Ukrayna xalqına nə deyəcəyini soruşduqda Tramp belə cavab verib: “Biz onları sevirik”.
Ukrayna Prezidenti amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.