“Bu yalnız müharibə üçün və özümüzü müdafiə etmək üçün deyil. Bu həm də təhlükəsizlik zəmanətinin bir hissəsi olacaq. Ordumuzu gücləndirmək, onu yenidən silahlandırmaq üçün. Bu isə nə qədər vəsaitə ehtiyacımız olmasından asılıdır,” – deyə Zelenski vurğulayıb.
Ajans.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüş zamanı Ukrayna lideri Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna ilk növbədə silahları, insanları, təlim və kəşfiyyatı əhatə edən güclü orduya ehtiyac duyur. Zelenski əlavə edib ki, bütün bunlar ABŞ və digər müttəfiqlər kimi böyük ölkələrdən asılı olacaq.
Ukrayna hesab edir ki, Avropanın maliyyəsi hesabına Ukrayna Silahlı Qüvvələrinin silahlandırılması təhlükəsizlik zəmanətinin bir hissəsi ola bilər.