AZ

Ağ Evdə Tramp və Zelenskinin görüşü başlayıb

ABŞ-ın Vaşinqton şəhərində ABŞ prezidenti Donald Tramp ilə onun ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş başlayıb.

Tramp Zelenskini girişdə qarşılayıb. Birgə foto və mətbuat üçün açıqlamalardan sonra liderlər binaya daxil olublar.

Jurnalistin "Ukrayna xalqına nə söyləyəcəksiniz?" sualına Tramp belə cavab verib: "Biz onları sevirik."

Daha əvvəl Ağ Ev məlumat vermişdi ki, əvvəlcə Tramp Zelenski ilə bir saat ərzində danışıqlar aparacaq, sonra isə Avropa liderlərini qəbul edəcək

Seçilən
24
37
far.az

10Mənbələr