Məlum olduğu kimi ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Vaşinqtondakı ofisində görüşüb.
“Qafqazinfo” xatırladır ki, bu ilin başlanğıcında liderlərin eyni ofisdə mətbuat nümayəndələri zamanı qızğın görüşü baş tutmuşdu.
Həmin vaxt ABŞ lideri Zelenskini xalqın taleyi ilə oynamaqda ittiham etmişdi. O görüşdən Zelenski incik, Tramp isə qəzəbli ayrılmışdı.
Lakin bu gün Oval kabinetdə yenə mətbuat nümayəndələri ilə keçirilən görüşdə Ağ Ev rəhbərinin fikirləri fərqli istiqamətdə olub.
O, Rusiyanın qarşısını almaq lazım olduğunu, hətta Ukraynaya təhlükəsizliklə bağlı təminat verəcəyini ifadə edib. Liderlər sonda dostcasına görüşərək mətbuat nümayəndələri önündə səmimi foto çəkdiriblər.

