"Napoli" rəhbərliyi "Yuventus"la rəsmi danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, əsas hücumçuları Romelu Lukakunun 3 aylıq müddətə sıradan çıxması neapolluları çətin vəziyyətdə qoyub. 

Onlar bunun ardından hücumçu axtarışına çıxıb və ilk yollandıqları ünvan "Yuventus" olub. 25 yaşlı serbiyalı hücumçu Dusan Vlahovic əsas hədəfdir.