AZ

Ukraynanın “Flaminqo” raket layihəsi: müharibədə yeni mərhələ?

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

BBC-nin Rus xidməti hərbi şərhçisi Pavel Aksenov Ukraynanın yeni raket layihəsi barədə

Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqları ərəfəsində rəsmi Kiyev yeni silah layihəsinin detallarını ictimaiyyətə açıqladı. Söhbət yeni qanadlı raket – “Flaminqo”dan gedir.

Associated Press-in fotoqrafı Yefrem Lukatski raketin görüntülərini bazar günü yayıb. Daha sonra Ukrayna mediasında raket sınaqlarının videogörüntüləri də ortaya çıxıb. Məlumatlara görə, “Flaminqo” 3 min kilometr məsafə qət edə bilir və 1 ton ağırlığında döyüş başlığına malikdir. Müqayisə üçün, Rusiyanın “Kalibr” raketlərinin uçuş məsafəsi 2500 kilometrdən bir qədər çox, döyüş başlığı isə yarım tondan artıq deyil.

Əgər “Flaminqo”nun texniki göstəriciləri təsdiqlənərsə, bu raket Avropadakı hədəflərlə yanaşı Rusiyanın Sibir bölgələrinə qədər çata bilər. Onun döyüş başlığı sovet dövrünün ən dağıdıcı silahlarından olan X-22 raketinə bənzəyir.

BBC-nin Ukrayna xidməti qeyd edir ki, “Flaminqo” Birləşmiş Ərəb Əmirliklərində yerləşən Milanion Group şirkətinin FP-5 raketinə oxşardır. Ukrayna artıq uzun müddətdir ki, bu şirkətlə əməkdaşlıq edir. FP-5-in konstruksiyası sadədir, qatlanan qanadları yoxdur və primitiv rels qurğusundan buraxılır. Məhz bu sadəlik onun istehsalını qısa müddətdə genişləndirməyə imkan verir.

Mütəxəssislərin fikrincə, belə raketlərin Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi müharibənin gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilər. Çünki bir belə zərbə pilotsuz aparatların yaratdığı dağıntılardan qat-qat güclü nəticə verə bilər.

Hazırda “Flaminqo”nun real imkanları barədə yalnız ilkin bəyanatlar mövcuddur. İstehsal miqyası, sınaq nəticələri və seriya buraxılışı barədə dəqiq məlumat yoxdur. Lakin əgər bu silah döyüş meydanında ardıcıl tətbiq olunmağa başlasa, bu, münaqişədə yeni və təhlükəli eskalasiya mərhələsi demək olar.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
30
xalqqazeti.az

10Mənbələr