AZ

Dəlixanaya yerləşdirilən və unudulan məşhur bəstəkardan AÇIQLAMA: "Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..."-ÖZƏL

"Xeyr ola mənimlə belə güclü maraqlanırsınız, nə olub? Diriyəm yəqin (gülür). Heç bir jurnalisti qəbul etməyə halım yoxdur. Təzyiqim oynayır, yerində dayanmır. 80 yaşım tamam olub. Allah imkan versə 81-də olacaq. Olsa da olar, olmasa da. Ətiqə xanım əla yaşayır. Necə lazımdırsa yaşayır. 200-dən çox mahnı yazmışam. Flora Kərimova, İlhamə Quliyeva, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Bəsti Sevdiyeva və s. müğənnilər mahnılarımı oxuyub. Bu gün zəng edib mənimlə maraqlanırlar da".

Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar Ətiqə Ələkbərova deyib.

O daha sonra 3 qızının olduğunu amma təkcə Kanadada yaşayan qızı Könül xanımın onun bütün maddi ehtiyaclarını ödədiyini bildirib:

"3 qızım var. Təkcə Kanadada yaşayan qızımla əlaqəm var. Könül kimi qız yer üzündə yoxdur! Digər iki qızımla əlaqəm yoxdur. Çoxdan aramız dəyib. Ən böyük arzum qızım Könülün xoşbəxtliyidir. Bir də tezliklə Allahın dərgahına, yanına çatmaqdır. Çünki rahatlaşmaq istəyirəm" deyə o bildirib.

Ətiqə Ələkbərovanın xidmətçisi olmuş Hicranə Abdullayeva da saytımıza açıqlamalar verib:

"Ətiqə Ələkbərovanın yanından 4-5 ay olar ki, ayrılmışam. Hazırda iki növbəli xidmətçisi var. Qızı Könül xanım onun üçün nə lazımdırsa edir, xidmətçilərinin, dərmanlarının pulunu göndərir. Çox gözəl övladdır. Bir il yarım Ətiqə xanımın yanında olmuşam. Çox həyatsevər, gözəl xanımdır. Deyib-gülməyi, danışmağı sevir" deyə o bildirib.

Qeyd edək ki, Ətiqə Ələkbərova “Barış barış”, “Allah, mənim köməyim ol”, “Dünya”, “Unuduram”, “O sonsuz sevgimiz”, “Belə ayrılmayaydıq”, “Yeganəsən”, “Qədrini bil bu sevginin”, “Bil ki, mən burda varam”, “Gəl, barışaq”, “Tale” və  ümumilikdə 200-dən artıq mahnının bəstəkarıdır.

Seçilən
24
50
moderator.az

10Mənbələr