AZ

Şəhidlərimizi təhqir edən turistlər Bu olaydan nə dərsi çıxarmalıyıq?

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bu gün Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlərin görüntüləri gündəmi zəbt edib. Bu görüntülər sosial şəbəkələrdə haqlı olaraq sərt tənqid olunur və mediada geniş müzakirələrə yol açıb.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər barəsində lazımi tədbirlər görüldü.

Lakin bir məqam qaranlıq qalır. Çünki ölkəmizə gələn turistlər arasında Bakıda və digər regionlarımızda xoşagəlməz hərəkətlər edənlər az deyil. Bəs bunun səbəbi nədir?

Bu və digər suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik. Tanınmış sosioloq, f.e.dok. Hüseyn İbrahimov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu sahədə işlərdə dövlət turizm agentliyinin üzərinə böyük öhdəliklər düşür.

"Ölkəmiz həm gözəl bir diyar olması ilə bərabər eyni zamanda xüsusi ehtiram beslenilesi dəyərləri ilə məşhurdur. Ölkəmizə gelen turistlərin ilk növbədə maarifləndirməsi işi mərkəzləşmiş qaydada aparılmalıdır.

Çoxlu saylı turist agentlikləri mövcuddur ki onlar məsələnin yalnız maddi tərəfini fikirləşərək sanki turist dəvəti yarışına girişmişlər. Bir çox hallarda turist bələdçilərinin tarixi yerlerimiz haqqında düzgün məlumatlar vermediklerinin də şahidi oluruq.

Bu baxımdan ölkəmizə daxil olan turistlər üçün xüsusi məlumatlandırıcı bülletenlər paylanılmali milli mənəvi dəyərlərimiz xalqımızın ehtiram göstərdiyi deyərlər haqqında onlara bilgi verilməlidir.

Bunun üçün ilk növbədə dövlət turizm agentliyi ayrı ayrılıqda fəaliyyət göstərən turist agentlikləri ilə və onların peşakarlığı ilə ciddi maraqlanmalı, bu şirkətlərdə çalışan bələdçilərinin kimliyi hansı biliklərə malik olması məsələsi də diqqətdə saxlanılmalidir", - deyə professor bildirib.

Qeyd edək ki, sözügedən görüntülərlə bağlı Dövlət Turizm Agentliyindən bildirilib ki, mütəmadi olaraq keçirilən təlimlərdə turizm şirkətləri və turizm bələdçilərinə Azərbaycana gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında ətraflı informasiya vermək tövsiyə olunur.

Ziya SƏCCAD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
30
baku.ws

10Mənbələr