AZ

Tramp: Putin və Zelenski dil tapa biləcəklər

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin ortaq dil tapa biləcəklərinə ümid etdiyini bildirib.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdə Zelenski və Aİ liderləri ilə qrup görüşündə deyib.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşüb.

Görüşdə Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür. O, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşünü xatırladıb və bildirib ki, indi vəziyyəti həll etmək üçün əla fürsətdir. ABŞ Prezidenti Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən dərhal sonra rusiyalı həmkarı Vladimir Putinə zəng edəcəyini bildirib.

Seçilən
0
50
olke.az

10Mənbələr