AZ

Tramp Zelenskinin xarici görünüşünü bəyəndi

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşə qara pencək və qalstuksuz qara köynəkdə gəlib.

Bakupost.az xəbər verir ki, Tramp Zelenskinin yeni görünüşünü bəyəndiyini bildirib və onu geyim seçiminə görə tərifləyib.

“Mənim xoşuma gəldi, nəhayət geyimini dəyişdin”, – Tramp bildirib.

Zelenski isə cavabında bildirib ki, qarderobunda çoxlu bahalı kostyumlar olsa da, bu geyim özünə ən çox yaraşandır.

Xatırladaq ki, Zelenski daha əvvəl Ağ Evə qara sviterdə gəlmişdi və həmin obrazı Tramp tərəfindən tənqid olunmuşdu.

Seçilən
1
50
busaat.az

10Mənbələr