AZ

Tramp: Putin və Zelenski dil tapa biləcəklər

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin ortaq dil tapa biləcəklərinə ümid etdiyini bildirib.

"Report"un məlumatına görə, bunu Tramp Ağ Evdə Zelenski və Aİ liderləri ilə qrup görüşündə deyib.

Tramp görüşün məqsədinin Rusiya ilə Ukrayna arasındakı münaqişəni yatırtmaq cəhdi olduğunu söylədi.

Daha əvvəl o, Oval Kabinetdə Zelenski ilə görüşdə bildirib ki, sülh müqaviləsi bağlanmazdan əvvəl Rusiya ilə Ukrayna arasında atəşkəs "lazım deyil".

"Davamlı sülh yaratmaq üçün çalışarkən hamımız açıq şəkildə dərhal atəşkəsə üstünlük verəcəyik", - Tramp Aİ liderləri və Zelenski ilə bir saatlıq qapalı görüşdən sonra jurnalistlərə deyib.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşüb.

Seçilən
1
50
demokrat.az

10Mənbələr