AZ

Tramp Aİ liderləri ilə görüşdə Azərbaycan və Ermənistanı XATIRLADI: “Möhtəşəm ölkələr…”

ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Fridrix Mertsin “Rusiya üçtərəfli görüşədək atəşkəsi təmin etməlidir” bəyanatına cavab olaraq Azərbaycan və Ermənistanı misal gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Zelenski və Aİ liderləri ilə Ağ Evdə keçirilən birgə görüş zamanı bildirib.

“Bundan əvvəl mən 6 müharibəni dayandırmışdım və orada atəşkəs olmamışdı.

Keçən həftə isə iki möhtəşəm ölkə (Azərbaycan və Ermənistan) arasında 35 il davam edən müharibə var idi və orada da atəşkəs yox idi”, – deyə o bildirib.

Bizim.Media

Seçilən
48
50
bizim.media

10Mənbələr