Fransa Prezidenti Emmanuel Makron müharibənin başa çatmasının Avropanın iştirakı ilə dördtərəfli görüşdə müzakirə olunmasını təklif edib.
Bizim.Media xəbər verir ki, Makron bu barədə Tramp, Zelenski və digər Aİ liderləri ilə birgə Ağ Evdə keçirilən görüşdə deyib.
Fransa prezidenti vurğulayıb ki, Ukraynaya güclü ordu və Avropanın öhdəliklərini əhatə edəcək təhlükəsizlik zəmanətləri lazımdır.
“Biz təhlükəsizlik zəmanətlərindən danışanda, bütün Avropa qitəsinin təhlükəsizliyindən danışırıq.
Məhz buna görə də biz burada Ukrayna ilə birlikdəyik”, — deyə Makron bildirib.
Bizim.Media